Vaşinqton İrana qarşı yeni sanksiya tətbiq edib

20:30 | 09.03.2023
Vaşinqton İranın 8 fiziki və 3 hüquqi şəxsinin adını sanksiyalar siyahısına daxil edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat verib.
Bildirilir ki, İranın məhkəmə hakimiyyəti və digər hüquq-mühafizə orqanlarının təmsilçilərinə qarşı sanksiya ölkədə baş verən kütləvi aksiya iştirakçılarına qarşı davranışlarına görə tətbiq olunub.

Adı sanksiyalar siyahısına düşən şəxslərə ABŞ ərazisinə daxil olmaları qadağan edilib və onların banklardakı maliyyə aktivləri dondurulub.

ABŞ daha əvvəl İranın neft və neft-kimya məhsullarını satan 6 şirkətə qarşı sanksiya tətbiq etmişdi.

Açıqlamada, sanksiya tətbiq edilən şirkətlər arasında 1 Vyetnam, 2 Çin, 2 İran, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mərkəzli şirkətlərin olduğu bildirilib. Bu şirkətlərə məxsus 20 gəminin də sanksiyalar dairəsinə daxil edildiyi qeyd olunub.
 
Aytac
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb