ABŞ 2017-ci ildə İrana qarşı tətbiq etdiyi bütün sanksiyaların ləğvinə hazır deyil, bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi deyib.
"Əgər İran 2017-ci ildə qəbul edilən sanksiyaların ləğvini və əks təqdirdə sazişin əldə olunmayacağı ilə bağlı hədələrini davam edərsə danışıqlar dalana dirənəcək", deyə diplomat vurğulayıb.
Bu həftə Avstriyanın paytaxtı Vyanda İranın nüvə proqramından imtina etməsi ilə bağlı birgə komissiya yenidən işə başlayıb.
İran sazişin bərpa olunması üçün bütün sanksiyaların ləğvini tələb edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !