ABŞ İrana qarşı sanksiyaların ləğvi rejiminin müddətini üç aylıq uzadıb

23:00 | 15.09.2017
ABŞ İrana qarşı sanksiyaların ləğvi rejiminin müddətini üç aylıq uzadıb

ABŞ İrana qarşı sanksiyaların ləğvi rejiminin müddətini üç aylıq uzadıb

Vaşinqton nüvə sazişinə riayət etməklə bağlı hələ qəti qərar qəbul etməyib.

Vaşinqton nüvə proqramı üzrə razılaşmaya müvafiq olaraq İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması rejiminin müddətini üç ay uzatmaq barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert məlumat verib.

"Administrasiya qərarların qəbul edilməsində müəyyən çevikliyi qorumaq üçün sanksiyaların aradan qaldırılması rejimini təsdiq edib", - deyə Noyert bildirib.

Bununla yanaşı, Dövlət Departamentindən qeyd ediblər ki, Amerika Administrasiyası İran ilə nüvə razılaşmasına riayət etməkıə bağlı hələ qəti qərar qəbul etməyib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti