Rusiya prezidenti Vladimir Putin İran prezidenti Həsən Ruhani ilə "Cenevrə-2" konfransını müzakirə edib. "Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Putin və Ruhani telefonda danışıb. Liderlər İranın nüvə proqramı ilə bağlı əldə olunmuş razılaşmanı və "Cenevrə-2" yığıncağını müzakirə edib.22 yanvarda keçiriləcək "Cenevrə-2" konfransında İranın iştirakı barədə hələ də qərar qəbul edilmədiyi bildirilib. Mətbuata açıqlama verən Rusiya Xarici işlər naziri müavini Qennadi Qatilov konfransda iştirak edəcək iştirakçıların siyahısının məlum olduğunu, ancaq İranın konfransda iştirakı ilə bağlı ABŞ-la razılıq əldə olunmadığını deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !