ABŞ İŞİD-ə qarşı mübarizədə Suriya hökumət qoşunlarına hücum etməyəcəyi ilə bağlı İranı arxayın edib.
ABŞ-ın dövlət katibi Con Kerri iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdə bu barədə müzakirələr olub. ANN.Az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, ABŞ İrana Əsəd və onun hökumətinə toxunmayacağına dair söz verib.
Xatırladaq ki, İŞİD-ə qarşı keçirilən hava hücumlarındav təşkilatın 30-dan çox üzvü və 8 mülki şəxs həlak olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !