ABŞ İranda hansı obyektləri vuracağını açıqladı

23:46 | 17.01.2020
ABŞ İranda hansı obyektləri vuracağını açıqladı

ABŞ İranda hansı obyektləri vuracağını açıqladı

Amerika İranda nevə silahı istehsalının inkişafına mane olmaq üçün bu İslam Respublikasının nüvə obyektlərinə önləyici zərbələr endirmək ehtimalını nəzərdən keçirir.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo danışıb.
 

 Mayk Pompeo

"Bu çox vacib məsələdir. Bunun üzərində çox düşünmüşük”, - siyasətçi bildirib.
Dövlət katibi Amerika prezidenti Donald Trampın 8 yanvarda dediklərini xatırladıb. Tramp bəyan etmişdi ki, o, hakimiyyətdə olduqca, İrana nüvə silahı əldə etməyə imkan verməyəcək.
Buna cavab olaraq, İran prezidenti Həsən Ruhani beynəlxalq aləmi əmin etmişdi ki, onun ölkəsinin belə bir məqsədi yoxdur. Bu haqda deyilənlər də boş sözlərdir.
Pompeo vurğulayıb ki, ABŞ Ruhaninin söylədiklərinin gerçək olması, təsdiqlənməsi üçün mümkün olan hər şeyi edəcək.
Tramp yanvarın 8-də gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ-ın İraqdakı hərbi obyektlərinə raket zərbələrindən sonra sözügedən bəyanatı səsləndirmişdi. Bu hücum İranın general Qasım Süleymaninin Bağdadda ABŞ-ın aviazərbəsi nəticəsində öldürülməsinə cavabı idi.
Süleymaninin ölümündən sonra İran nüvə razılaşmasıyla bağlı danışıqlardan imtina edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb