ABŞ İrandan qaçaqmalçılıq yolu ilə çıxarılan 980 min barel nefti ələ keçirib

23:35 | 08.09.2023
ABŞ İrandan qaçaqmalçılıq yolu ilə çıxarılan 980 min barel nefti ələ keçirib

ABŞ İrandan qaçaqmalçılıq yolu ilə çıxarılan 980 min barel nefti ələ keçirib

ABŞ səlahiyyətliləri İrandan üçüncü ölkəyə çatdırılmaq məqsədilə qaçaqmalçılıq yolu ilə daşınan təxminən 1 milyon barel xam nefti ələ keçirib.

Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, söhbət ABŞ-də qadağan edilmiş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəyi ilə İran neftinin xarici alıcılara daşınması üçün qeyri-qanuni sxemdən gedir.
 
Sxem iştirakçıları daşıma məntəqələrindən, saxtalaşdırılmış sənədlərdən və digər vasitələrdən istifadə edərək neftin mənşə ölkəsini gizlətməyə çalışıblar.

"Bu, İrandan neftin qeyri-qanuni satışına və nəqlinə şərait yaradaraq sanksiyaları pozan bir təşkilatla bağlı cinayət işinin açılması ilə bağlı tarixdə ilk hadisədir. Bu, qaçaqmalçılıq yolu ilə daşınan 980 min bareldən çox xam neftin uğurla ələ keçirilməsi ilə müşayiət olunub”, - ABŞ Ədliyyə Nazirliyinin məlumatında deyilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM