İranla “altılıq” ölkələri arasında nüvə proqramı üzrə danışıqlarda razılaşma əldə edilərsə, ABŞ İranın dondurulmuş aktivlərinin 10 mlrd. dollarını bərpa edəcək.APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri Syüzan Rays bəyan edib. “İranın dondurulmuş aktivləri 10 mlrd. dollardan az məbləğdə bərpa oluna bilər”, deyə Rays əlavə edib. Qeyd edək ki, ötən gün ABŞ prezidenti Barak Obama Konqresi danışıqlar keçirilən dövrdə İrana qarşı yeni sanksiyalar tətbiq etməməyə çağırıb. İranın nüvə proqramına dair danışıqlar 20-22 noyabr tarixlərində Cenevrədə baş tutacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !