Rəsmi Vaşinqton İraqın şimalına 130 hərbi müşavir göndərib.APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun başçısı Çak Heyqel bəyan edib. Onun sözlərinə görə, mütəxəssislər qrupu prezident Barak Obamanın göstərişi ilə İraqın şimal bölgəsinə göndərilib. Müşavirlər yerli əhalinin humanitar yardıma olan ehtiyaclarını öyrənəcəklər. Məlum olduğu kimi, rəsmi Vaşinqton İraqın rəhbərliyinə “İslam Dövləti” terrorçu qruplaşma ilə mübarizədə köməyini vəd edib. Xatırladaq ki, ABŞ hərbi kontingenti 2011-ci ilin axırında İraqdan çıxarılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !