ABŞ İŞİD-ə qan uddurur

09:09 | 01.09.2014
ABŞ İŞİD-ə qan uddurur

ABŞ İŞİD-ə qan uddurur

Terrorçu qruplaşmanın mövqelərinə silsilə hücumlar təşkil edilibABŞ ordusu Əmirli və Mosul bəndi yaxınlığında yerləşən "İslam Dövləti" (İŞİD) terror qruplaşmasına aid mövqelərə hava hücumları təşkil edib.ANS PRESS-in məlumatına görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Silahlı Qüvvələri Mərkəzi Komandanlığı verdiyi açıqlamada bildirib ki, uzaqdan idarə edilən pilotsuz qırıcı təyyarələrdən biri Mosul bəndi, digəri isə Əmirli yaxınlığında hücumlar həyata keçirib.Açıqlamada, Əmirli yaxınlığında baş tutan hücumda İŞİD-ə aid bir tankın zərərsizləşdirildiyi, Mosul bəndi yaxınlığındakı hücumda isə terrorçu qruplaşmaya aid bir silahlı texnikanın məhv edildiyi haqqında məlumat verilib.Əməliyyatı uğurla başa çatdıran qırıcı təyyarələr daha sonra həmin bölgədən təhlükəsiz şəkildə uzaqlaşıblar.Bundan başqa, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı ordunun avqustun 8-dən bəri İraqda 120 hava hücumu təşkil etdiyi barədə məlumat verib.Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama iki həftə əvvəl orduya İŞİD terror qruplaşmasına qarşı hava hücumlarının həyata keçirilməsi üçün tam səlahiyyət verib.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti