ABŞ rəsmiləri İŞİD qruplaşmasının kimyəvi silahdan istifadəsi ilə bağlı məlumatları araşdırır.
"Report"-un BBC-yə istinadən verdiyi xəbərə görə, son döyüşlərdə iştirak edən 60-dək kürd silahlısı nəfəs almaqda çətinlik çəkdiklərini bildiriblər.
Ekspertlər hesab edir ki, İŞİD kürdlərin olduğu ərazidə "Iprit" adlı qadağan olunmuş zəhərli maddəni yayıb.
ABŞ Təhlükəsizlik Şurasının nümayəndələri kimyəvi silahın istifadəsinə dair məlumatı araşdıracaqlarını vəd ediblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !