"İsrail ABŞ-dan 50 milyard dollarlıq hərbi yardım paketi istəyir".
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-da Şimali Amerika yəhudiləri Federasiyasının Baş Assambleyasındakı çıxışı zamanı deyib.
"Prezident Barak Obama İsrailə hərbi yardımla bağlı qərar qəbul edib. Bu yardım bizim sillahlı qüvvələri və kəşfiyyatımızı əhatə edəcək", - İsrailin baş naziri vurğulayıb.
İsrail dünyada həcminə görə ABŞ-dan hərbi yadım alan dövlətlər arasında birinci yerdədir. İkinci dünya müharibəsi başa çatandan indiyədək İsrail bu məqsədlə ABŞ-dan 124,3 milyard dollar yardım alıb.
2007-ci ildə ABŞ-ın o vaxtkı prezidenti kiçik Corc Buş yəhudi dövlətinə 10 il müddətinə 30 milyard dollarlıq yardım paketi verilməsi ilə bağlı sənəd imzalayıb. Barak Obama da Binyamin Netanyahu ilə görüşdən sonra bildirib ki, ABŞ İsrailə hərbi ehtiyaclarını ödəmək üçün hərtərəfli yardım edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !