ABŞ prezidenti Donald Tramp Kanada, Çin və Meksikadan idxal edilən mallara gömrük rüsumlarının tətbiq edilməsi haqqında fərman imzalayıb.Bu barədə CNN məlumat yayıb.
Fərmana əsasən Kanada və Meksikadan idxal olunan mallara 25%, Çindən gətirilən mallara isə 10% rüsum tətbiq ediləcək. Sənəd imzalanan gündən qüvvəyə minir. Digər tərəfdən benzin və soba yanacağının qiymətlərində artım ehtimalını minimuma endirmək üçün Kanadadan enerji idxalına tariflər 10 faiz azaldılıb.
ABŞ prezidenti Donald Tramp qeyri-qanuni mühacirlərin və narkotiklərin yaratdığı ciddi təhlükə səbəbindən Kanada, Çin və Meksikadan gələn mallara rüsum tətbiq etmək qərarına gəldiyini bildirib:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !