ABŞ kəşfiyyatı İraqda İrana məxsus raketləri aşkar etdi

16:11 | 05.12.2019
Amerika KİV-i ABŞ Kəşfiyyat xidmətinə və Pentaqona istinad edərək yazır ki, İran İraq ərazisində müəyyən sayda ballistik raket yerləşdirib.
 
"The New York Times”ın yazdığına görə, raketlər İraq-şiə hərbi qüvvələrinin İran sərhəddinə yaxın  ərazisində yerləşdirilib. Hərbi qüvvələr raket anbarını məxfi rejimdə qoruyurlar.
 
CNN-in məlumatına görə, ABŞ kəşfiyyatı və hərbçiləri İrandan İraqa daşınan yaxın mənzilli raketlərin görüntülərini qeydə alıb.
 
Interfaksın məlumatına görə, ABŞ raketlərin onların hərbi qüvvələrini hədəfə ala biləcək məntəqələrə gətirilməsindən narahatdır.
 
Digər tərəfdən, CNN kanalı yüksək rütbəli amerika hərbçilərinin bölgədəki vəziyyətlə bağlı öncəki münasibətlərini xəbər verib. Amerikalı zabitlərin fikrincə, İran hakimiyyəti ABŞ ilə müharibə etmək imkanında deyil.
 
Tərcümə: Cavid Zahidoğlu    

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti