ABŞ kəşfiyyatı - Rusiya Ukraynaya 175 minlik ordu ilə hücuma keçəcək – Hücum planının XƏRİTƏSİ

19:00 | 04.12.2021
ABŞ kəşfiyyatı - Rusiya Ukraynaya 175 minlik ordu ilə hücuma keçəcək – Hücum planının XƏRİTƏSİ

ABŞ kəşfiyyatı - Rusiya Ukraynaya 175 minlik ordu ilə hücuma keçəcək – Hücum planının XƏRİTƏSİ

ABŞ kəşfiyyatı Rusiyanın 2022-ci ildə təxminən 175 minlik ordu ilə Ukraynaya müxtəlif cəbhələrdən hücum etməyi planlaşdırması barədə məlumat yayıb.
 
"Washington Post” bunu Bayden administrasiyasının məlumatlı nümayəndəsinə istinadən yayıb.
 
Bildirilir ki, 100 batalyon taktiki qrupunun zirehli texnika, artilleriya və s. ilə birlikdə yeridilməsi planlaşdırılır.
 
Kəşfiyyat məlumatları dekabrın 3-ü axşam saatlarında Baydenə təhvil verilib. Həmin gün Bayden Kremlin aqressiv planlarını cilovlayacaq "təşəbbüslər paketi”nin hazırlanması ilə bağlı bəyanat da verib.
 
Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi hücumun yanvarın sonunda baş tutacağına bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb