ABŞ Kiyev üçün yeni yardım paketinə Abrams tanklarını daxil etməyəcək

10:00 | 19.01.2023
ABŞ yanvarın 20-də Ukraynaya yeni böyük hərbi yardım paketini elan etməyə hazırlaşır. Bu barədə "Politico" qəzeti yazır. 
 
Qəzetin yazdığına görə, bu paketə Stryker zirehli döyüş maşınları, artilleriya, sursat daxil olacaq, lakin Abrams tankları daxil olmayacaq. 

Abrams tanklarının olmaması tankların maddi-texniki təchizatı və texniki xidməti ilə bağlı problemlərlə əlaqələndirilir. 

Politico qeyd edir ki, bu qərar onların ötürülməsi münaqişənin gərginləşməsinə səbəb ola biləcəyi qorxusu ilə bağlı deyil.

Mənbələr bildirirlər ki, hərbi yardım paketinə ordunun uzaqmənzilli taktiki raket sistemi də daxil olmayacaq, çünki ABŞ administrasiyası Rusiyanı təxribata çəkmək qorxusundan uzaq mənzilli sursat göndərməkdən çəkinir.

Ağ Ev hələ bu paketi imzalamayıb, o, hələ yekunlaşmaq üzrədir və dəyişə bilər.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolzun ABŞ-ın "Abrams” tanklarının tədarükünə razılıq verəcəyi təqdirdə Ukraynaya "Leopard” tankları verməyə razı olduğu bildirilirdi.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb