ABŞ Konqresi Rusiyaya qarşı sərt bəyannamə qəbul etdi

12:58 | 12.03.2014
ABŞ Konqresi Rusiyaya qarşı sərt bəyannamə qəbul etdi

ABŞ Konqresi Rusiyaya qarşı sərt bəyannamə qəbul etdi

ABŞ Konqressinin nümayəndələr palatası Krımdakı hərbi müdaxiləyə görə, Rusiyaya qarşı sanksiyalar bəyannaməsi qəbul edib. 

ANN.Az-ın "The Los Angeles Times"a istinadən xəbərinə görə, bəyannamədə deyilir ki, ABŞ Ukraynada demokratiyanın çiçəklənməsində və bu ölkənin ərazi bütövlüyünün təmin edilməsində maraqlıdır. 

Konqressmenlər ATƏT müşahidəçilərini Ukraynaya göndərilməsinə, NATO üzvləri və Avropa ölkələrinin Rusiyayıa hərbi əməkdaşlığı dayandırmağa və Rusiyanı "G8"dən xaric etməyə tərəfdardırlar. 

Bəyannamə Ukraynanın baş naziri Arseniy Yasenyukun Vaşinqtona səfəri öncəsi qəbul edilib. Ukraynanın yeni baş naziri ABŞ-da Barak Obamayla danışıqlar aparacaq. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM