ABŞ Konqresi Türkiyəyə F-16-ların satışı ilə bağlı müqaviləni təsdiqləyib

12:56 | 11.02.2024
ABŞ Konqresi Türkiyəyə F-16-ların satışı ilə bağlı müqaviləni təsdiqləyib

ABŞ Konqresi Türkiyəyə F-16-ların satışı ilə bağlı müqaviləni təsdiqləyib

ABŞ Konqresi Türkiyə ilə 40 yeni F-16 qırıcısının satışı və mövcud F-16 qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləməyə qərar verib.
 
Bu barədə Amerikanın Ankaradakı səfirliyi özünün "X” səhifəsində məlumat yayıb.

"Konqres tərəfindən Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasını təsdiqləyən qərar irəliyə doğru böyük bir addımdır. Türkiyənin F-16 donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir", - səfirliyin bəyanatında deyilir.

TRT bildirir ki, Türkiyənin yanvarın 26-da başlayan müraciətinə iki həftəlik baxılması prosesi heç bir maneə olmadan başa çatıb:
"Bu müddət ərzində konqresmenlər etirazlarını bildirə bilərdilər. Yalnız senator Rand Paul  Xarici Əlaqələr Komitəsinə etirazını bildirərək bunu edib. Lakin Türkiyənin müraciətinə baxılma müddətinin sonuna qədər onun müraciətində irəliləyiş əldə olunmayıb. Beləliklə, ABŞ qanunları nöqteyi-nəzərindən Türkiyəyə döyüş təyyarələrinin satışını başa çatdırmaq üçün heç bir maneə qalmayıb”.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM