ABŞ rəsmiləri ilə terrorçu PKK təmsilçiləri arasında gizli görüşlər keçirilir.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın "Daily Telegraph" qəzeti yazıb.
Bu, qəzetin terrorçu təşkilatın liderlərindən Cəmil Bayıkla müsahibəsindən sonra məlum olub.
C.Bayık qəzetə bildirib ki, onlar ABŞ-la qarşılıq mesajlaşırlar, toplantılar keçirirlər, məktublaşırlar: "Bu əlaqələrin inkişaf etməsi də mümkündür. ABŞ-ın Türkiyə ilə aramızda vasitəçilik etməsi də vacibdir. Bizə bununla bağlı təminat verilərsə, o zaman üzərimizə düşən missiyanı yerinə yetirərik. Ancaq təminat verilməzsə birtərəfli addım da atmayacağıq. Əgər ABŞ Türkiyənin siyasətinin dəstəkləyərsə, kürdləri itirəcək. ABŞ kürdləri itirərsə, onda İŞİD-in məğlubiyyəti çətinləşəcək".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !