Dövlət katibi Con Kerri barışıq siqnalı verdi
Ukraynanın şərqində Rusiya-yönümlü qüvvələr Minsk razılaşmalarını yerinə yetirərsə, ABŞ Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları yumşalda bilər.
ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri Minskdə Fransa, Almaniya, Rusiya və Ukrayna liderlərinin görüşünə münasibət bildirərkən deyib.
Kerri həmin görüşün nəticəsində Ukraynanın şərqində atəşkəsin elan edilməsinə dair razılaşmanı alqışlayıb və bildirib ki, Vaşinqton bu razılaşma barədə söhbətləri deyil, onların real olaraq yerinə yetirilməsini qiymətləndirəcək.
"Biz Rusiyanın və Rusiya-yönümlü qüvvələrin sözlərinə deyil, bu razılaşmalara riayət etməyə nə dərəcədə hazır olmalarına qiymət verəcəyik. Əvvəllər də dediyimiz kimi, 2014-cü il sentyabr və indiki Minsk razılaşmaları tamamilə yerinə yetirildikdən sonra, ABŞ Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılmasını nəzərdən keçirməyə hazırdır", - deyə Con Kerri bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !