"Biz Ermənistan və Azərbaycanı birbaşa dialoqda görməyə ümid edirik və bu dialoq vasitəsilə davamlı sülhün bərqərar ediləcəyini düşünürük. Bu istiqamətdə birbaşa danışıqları davam etdiririk. Biz bunu ikitərəfli əsasda edirik, tərəfdaşlarla edirik, çox formatlı institutlar vasitəsilə edirik. Keçən il isə bir neçə dəfə üçtərəfli danışıqlar aparmaq imkanımız oldu. Biz bu çox həssas məsələləri həll etmək üçün əlimizdən gələni edəcəyik”, – Prays bildirib.
Ned Prays Laçın dəhlizinin açılmağının vacibliyini də vurğulayıb.
Dekabrın 12-də bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir. Həmin müddətdə Qarabağın erməni əhalisi də azərbaycanlı ekoloqlara cavab olaraq iki etiraz aksiyası təşkil ediblər. Onların aksiya keçirməsinin əsas səbəbi Laçın dəhlizinin bağlı olması, əhalinin ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum edilməsi göstərilib.
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı yolu açmağa çağırıb.
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır.
Rəsmi Bakı dəhliz ilə humanitar yüklərin daşındığını da vurğulayıb.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !