ABŞ Maliyyə Nazirliyi Suriyadan olan iki şirkətə qarşı məhdudiyyətlər qoyub

21:48 | 30.05.2023
ABŞ Maliyyə Nazirliyi Suriyadan olan iki şirkətə qarşı məhdudiyyətlər qoyub

ABŞ Maliyyə Nazirliyi Suriyadan olan iki şirkətə qarşı məhdudiyyətlər qoyub

ABŞ Xəzinədarlığı Suriyanın iki şirkətinə - "Al-Fadel Exchange" və "Al-Adham Exchange Company"yə qarşı ölkə hakimiyyətinin əvvəllər tətbiq edilmiş məhdudiyyətlərdən yan keçərək qlobal maliyyə sisteminə çıxışına dəstək verməsi ilə əlaqədar sanksiyalar tətbiq edib. Bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

"ABŞ Xəzinədarlığı Suriyanın iki maliyyə müəssisəsini sanksiya siyahısına daxil edib”, - nəşr yazır.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, onlar Suriyanın Bəşər Əsəd rejiminə, onun Hizbullah müttəfiqlərinə və İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əl-Qüds qüvvələrinə beynəlxalq maliyyə sisteminə çıxışı saxlamaqda gizli kömək ediblər.

Bundan əlavə, Al-Fadel Exchange-ə sahib olan və fəaliyyət göstərən üç şəxs də məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Suriyaya qarşı birtərəfli sanksiyalar rejimini daha bir il uzadıb.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM