ABŞ müdafiə naziri: "Prioritet məsələ İŞİD-dir"

14:34 | 14.11.2014
ABŞ müdafiə naziri: "Prioritet məsələ İŞİD-dir"

ABŞ müdafiə naziri: "Prioritet məsələ İŞİD-dir"

ABŞ müdafiə naziri Çak Hegel: "İŞİD İraqı və hökumətini təhdid edir"

ABŞ-ın müdafiə naziri Suriya hökuməti və İŞİD-lə bağlı yeni açıqlamalar verib. ANN.Az xəbər verir ki, müdafiə naziri Suriya ilə bağlı planlarda hər hansı dəyişiklik olmasa da, hazırkı vəziyyətdə prioritet məsələnin İŞİD olduğunu deyib: "Təbii ki, tənliyin bir parçası Əsəddir. Amma bu anda Suriyanın şərqi, İraqın qərb və şimalı İŞİD-in nəzarəti altındadır. Bu gün Əsəd hakimiyyəti dəyişdirilsə, bu, bölgədəki proseslərə heç bir təsir göstərməyəcək. Əsədin yerinə kim gəlsə, o, İŞİD ordusunu məğlub edə biləcəkmi? Bu an İŞİD İraqı və hökumətini təhdid edir. Bu səbəbə görə də ən əvvəl tənliyin bu elementiylə məşğul olmaq məcburiyyətindəyik".İraqda düzgün siyasət yürütdüklərini ifadə edən Hegel İŞİD-ə qarşı mübarizədə 60-dan çox koalisiya ölkəsinin hərbi kampaniyaya qatıldığını və İraq və Suriyada bu ana qədər 130 hava hücumu reallaşdırıldığını vurğulayıb.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti