ABŞ mətbuatı: Azərbaycan müharibəyə hazırlaşır – FOTO

10:48 | 20.11.2014
ABŞ mətbuatı: Azərbaycan müharibəyə hazırlaşır – FOTO

ABŞ mətbuatı: Azərbaycan müharibəyə hazırlaşır – FOTO

ABŞ-ın nüfuzlu bloomberg.com saytı Azərbaycandan yazıb. Axar.az xəbər verir ki, dərgi Azərbaycanın gələn il üçün nəzərdə tutulan dövlət büdcəsində müharibə xərclərini artıracağını bildirib.“Azərbaycanlılar Ermənistanla müharibə riski olduğu üçün müdafiə xərclərini artırır” başlıqlı yazıda Maliyyə naziri Samir Şərifovun sözlərinə diqqət çəkilir.Azərbaycanın keçmiş Sovet İttifaqında üçüncü böyük neft ixracatçısı olduğu bildirilən məqalədə neftin qiymətinin azalmasına baxmayaraq, Azərbaycanın hərbi xərclərini artıracağı vurğulanır: “Azərbaycanın təkcə hərbi xərcləri Ermənistanın bütöv dövlət büdcəsinə bərabərdir. Azərbaycanda müdafiə xərcləri 3,2 milyard manatdır (4,8 milyard dollar). İldən-ilə artan xərclərlə Azərbaycan ordu qüvvələrinin hərbi bazasını artırmağı planlaşdırır”. Daha sonra Dağlıq Qarabağın Ermənistan tərəfindən zəbt edildiyi bildirilən məqalədə ərazilərimizin 20 faizinin hələ də erməni işğalında olduğu vurğulanıb: “Ermənistanın hücumu nəticəsində Azərbaycana aid Dağlıq Qarabağ və ətraf 7 rayon işğal olunub. Müharibə nəticəsində 30 mindən artıq insan həlak olub, 1,2 milyon azərbaycanlı isə qaçqın düşüb.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb