ABŞ Məxfi Xidmətinin rəhbəri istefa verib

19:00 | 23.07.2024
ABŞ Məxfi Xidmətinin rəhbəri istefa verib

ABŞ Məxfi Xidmətinin rəhbəri istefa verib

ABŞ Məxfi Xidmətinin rəhbəri Kimberli Çitl başçılıq etdiyi qurumun ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsdin qarşısını ala bilməməsinə görə istefa verib.Bu barədə CNBC məlumat yayıb.

Daha əvvəl Kimberli Çitl Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsində keçirilən dinləmələrdə sui-qəsdi Məxfi Xidmətin "böyük uğursuzluğu” adlandırıb və bunun qarşısını almağın mümkün olduğunu etiraf edib. Dinləmələrdə iştirak edən bəzi qanunvericilər açıq şəkildə onu istefa verməyə çağırıblar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM