ABŞ: münaqişənin hərbi yolla həlli mümkün deyil

11:45 | 13.11.2014
ABŞ: münaqişənin hərbi yolla həlli mümkün deyil

ABŞ: münaqişənin hərbi yolla həlli mümkün deyil

 ABŞ dünən Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopterin mövqelərimizə atəş açarkən ordumuz tərəfindən məhv edilməsinə reaksiya verib.

ANN.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonda jurnalistlər qarşısında çıxış edərək baş verən insidentdən narahatlığını ifadə verib və bildirib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil. Sözçü qeyd edib ki, insident bir daha regionda atəşkəs rejiminə nəzarət etməyi və gərginliyin azaldılmasının labüdlüyünü xatırladıb. Xatırladaq ki, dünən cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində təmas xəttini pozan Ermənistan tərəfinə məxsus vertolyot Azərbaycan silahlı qüvvələri tərəfindən vurulmuşdu. Ermənistan mətbuatının yaydığı xəbərə görə, 3 erməni pilot qəzada ölüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM