ABŞ Myanma hakimiyyətini zorakılığa son qoymağa çağırdı

23:25 | 12.09.2017
ABŞ Myanma hakimiyyətini zorakılığa son qoymağa çağırdı

ABŞ Myanma hakimiyyətini zorakılığa son qoymağa çağırdı

Myanmadakı vəziyyət onu göstərir ki, bu ölkənin təhlükəsizlik qüvvələri dinc əhalinin müdafiəsi ilə bağlı vəzifənin öhdəsindən gələ bilmir.

anews.az Report-a istinadən xəbər verir ki, bu fikir Ağ evin mətbuat katibi Sara Sandersin bazar ertəsi yayılan yazılı bəyanatında ifadə olunub.

Onun sözlərinə görə, ABŞ Myanmanın Rakhayn ştatında davam etməkdə olan böhrandan dərin narahatdır.

Sanders qeyd edib ki, Amerika hakimiyyəti Rakhayn ştatında məhkəməsiz divan tutma, kəndlərin yandırılması, qırğın və zorakılıq halları da daxil olmaqla insan haqlarının pozulması barədə iddialardan narahatdır.

"Biz Birma hakimiyyətini qanun aliliyinə hörmətlə yanaşmağa, zorakılığı dayandırmağa və bütün icmaları təmsil edən dinc insanlara qarşı təzqiylərə son qoymağa çağırırıq”, - deyə ABŞ prezidentinin nümayəndəsi bildirib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM