ABŞ-ın Dövlət katibi Con Kerri martın 4-də Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.
ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, bu barədə ABŞ administrasiyasının rəsmilərindən biri məlumat verib.
"ABŞ Dövlət katibi Ukraynanın keçid hökuməti ilə danışıqlar aparmaq üçün Ukraynaya səfər edəcək", - bəyanatda deyilir.
"Con Kerri Ukraynanın siyasi və iqtisadi cəhətdən dəstəklənməsi barədə müzakirələrdə iştirak edəcək", - ABŞ rəsmisi əlavə edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !