ABŞ-ın kəşfiyyata yolladığı qadın İŞİD-çı ilə evləndi

15:26 | 16.02.2015
ABŞ-ın kəşfiyyata yolladığı qadın İŞİD-çı ilə evləndi

ABŞ-ın kəşfiyyata yolladığı qadın İŞİD-çı ilə evləndi

ABŞ kəşfiyyatı Almaniya vətəndaşı olan İŞİD-çini izləmək üçün öz agentini göndərib və agent qadın öz vəzifə borcunu yerinə yetirərkən, terrorçu ilə evlənmək məcburiyyətində qalıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, alman repçi Deniz Cuspertlə tanış olan agent qadın imam nikahı ilə ailə qurub. Amma vəziyyət təhlükəli hal alan kimi agent qadın Suriyadan Türkiyəyə qaçıb.

"Bild am Sonntag" qəzetinin yazdığına görə, agent qadına İŞİD-in yüksək vəzifəli şəxsləri ilə bağlantı qurma tapşırığı verilibmiş. Ona verilən tapşırığı yerinə yetirərkən o, alman vətəndaşı olan və İŞİD-ə qoşulan repçi Denislə evlənmək məcburiyyətində qalır. Amma sirrinin üstü açılan kimi o, Türkiyəyə qaçır və yardım istəyir. Qəzetin yazdığına görə, artıq agent qadın ABŞ-a təhvil verilib.

Alman repçi Denis Cuspert ötən həftə ABŞ-ın terrorçular siyahısına daxil edilib. O, özünü Abu Talhaəl-Almani kimi tanıdır və İŞİD-ə aid bir çox videolarda onu görmək mümkündür.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM