"MalaysianAirlinesMH17" təyyarəsinin dəhşətli faciəsi göstərdi ki, bu cür cinayətləri və terror aktlarını həyata keçirənləri üzə çıxartmaq üçün, daha çox irəli baxmaq lazımdır, nəinki "Facebook" sosial şəbəkəsində rusiyayönümlü Ukrayna separatçılarına məxsus səhifələrlə məhdudlaşmaq. Separatçıların KİV-də verdikləri bəyanatlar da həmçinin bu adamların kim olduqlarını, vətəndaşlara məxsus mülklərə endirdikləri zərbələri bayram etməklərini və qəza yerindən oğurladıqları, vətəndaşlara məxsus əşyalarla lovğalanmaqlarını müəyyən etməyə yardım edə bilər. Separatçıların lideri olmuş bədnam Rusiya zabiti İqor Qirkinin erməni separatçılarına bu yaxınlarda, ABŞ-ın yaxın müttəfiqi olan Azərbaycana etdikləri hücumlarına dəstək göstərmək üçün öz Facebook səhifəsindən istifadə etməsi sürpriz olmamalıdır. Həmin vaxtda başqa bir döyüşçü Valeri Bolotov etiraf edir ki, o, 1990-cı illərdə erməni separatçıları ilə çiyin-çiyinə Azərbaycana qarşı vuruşub.Elə təəssürat yaranır ki, postsovet məkanında olan bütün separatçı münaqişələr Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna kimi qərb yönümlü ölkələrin dayanıqlı və müstəqil inkişafının qarşısını almağa yönəldilmişdir. Bu, ABŞ prezidentinin zəif administrasiyasının fəaliyyətsizliyindən istifadə edərək neo-imperialist rejiminin dirçəlişinə fəal şəkildə cəhd edən Rusiyanın maraqları daxilində ola bilərdimi? Şərqi Ukraynada zorakılığın kəskinləşməsiylə yanaşı son günlərdə, erməni qüvvələri Azərbaycana hücum etməyə başladı. Bu hücumlardan bəzilərinin Moskvanın göstərişi ilə həyata keçirilməsinə çətin ki kimsə şübhə etsin.Avrasiyanın xəritəsinə baxarkən aydın olur ki, Birləşmiş Ştatların dostu olmaq baha başa gəlir, ələxsus da ərazisi işğal altında olan ölkələr üçün. Amma bununla yanaşı, Rusiyanın Ermənistan kimi vassal dövlətləri nisbi müdafiədən istifadə edirlər. Ermənistan unikal ölkədir, çünki onun açıq-aşkar anti-qərb siyasətinə baxmayaraq, o, əvvəlki kimi Vaşinqtonun siyasi dəstəyindən istifadə edir və adambaşına ən çox amerika yardımı alanlarından biridir. Ermənistan Rusiyanın sayəsində de-fakto olaraq öz müstəqilliyini itirdi və onilliklər boyu İrana yaxınlaşdı (unutmaq lazım deyil ki, məhz Ermənistan Avropa silahlarını İrana ötürürdü, İran da öz növbəsində bu silahları İraq üsyançılarına verirdi, bunun da nəticəsində elə bu silahlarla da amerikalılar öldürülürdü). Ermənistan öz ərazisində Rusiya hərbi bazalarını saxlamağa davam edir və hətta öz hava və quru sərhədlərini Rusiya hərbçiləri tərəfindən patrul çəkməyə verir. Bundan başqa, Ermənistan Ukraynanın ərazi bütövlüyünə qarşı səs verdi.Erməni liderləri həm ABŞ-ın, həm İranın, həm də Rusiyanın sevimlisi olmaq bacarıqlarına o qədər əmindirlər ki, heç bundan utanmırlar. Məsələn, Ermənistan prezidenti Serj Sarkisyan bu il, Suriya prezidenti Bəşər Əsədin yenidən seçilməsi və Ermənistanın Los-Ancelesdə Baş konsulu təyin edilən, Rusiya vətəndaşı olan Moskva oliqarxını təbrik edən çox azsaylı liderlərdən oldu.Bəs regionda baş verən bütün bu hadisələrə Vaşinqton hansı reaksiyanı verdi? Xoşbəxtlikdən, ABŞ Ukraynaya tərəf ritorik dəstəklə çıxış etdi, hərçənd Amerikanın başqa strateji və etibarlı müttəfiqi Azərbaycana dəstək verməsi lazımi səviyyədə göstərilmədi. Vaşinqton Ermənistana qarşı sanksiyalar tətbiq etmək əvəzinə Rusiyaya qarşı məqsədə uyğun olmayan sanksiyalar tətbiq etdi və bu gün Birləşmiş Ştatlar əvvəlki kimi Dağlıq Qarabağda erməni separatçılarına birbaşa yardım göstərən yeganə ölkədir. Görünür, Vaşinqton bu məsələ ilə artıq çox gec olanda məşğul olacaq, əgər ümumiyyətlə, təcavüzkar əhval-ruhiyyədə olan Moskvanın hərəkətlərinə cavab vermək fikrindədirsə... Azərbaycan bu gün Avrasiyanın bəlkə də ən əsas ölkəsidir. Azərbaycan NATO-nun Əfqanıstan əməliyyatları üçün tranzit məntəqədir, Rusiya və İranla həmsərhəd olan yeganə dövlətdir və dünyada çox azsaylı dünyəvi və tolerant müsəlman ölkələrindən biridir. Bununla belə, Azərbaycanla intensiv əlaqədə olmaq əvəzinə, Vaşinqton daim Bakını tənqid edir və ya ona məhəl qoymur.Bakını qərbyönümlü kursundan daşındırmaq üçün tez-tez nümayəndə heyətləri göndərən Rusiyadan və İrandan fərqli olaraq, Vaşinqton Hillari Klintonu Azərbaycana göndərdi. O, 2012-ci ildə Bakıya baş çəkmiş ABŞ prezident Administrasiyasının son ən yüksək vəzifəli vəzifəli şəxsi idi. İndi bu vəziyyəti Moskva ilə müqayisə edək: Putin 2013-cü ildə prezident seçkilərindən əvvəl Bakını şəxsən ziyarət etdi və ölkə prezidenti İlham Əliyevlə görüşdü.Amerika Birləşmiş Ştatları və Avropa postsovet məkanındakı müttəfiqlərinə etibarlı təhlükəsizlik təklif etmədən, özünə qarşı yönəlmiş müasir təhlükələri və təhdidləri dəf etmək qüdrətində deyil.Tərcümə Ramil Rahiboğluhttp://thehill.com/blogs/congress-blog/foreign-policy/216567-americas-confused-foreign-policy-in-the-post-soviet-sphereANN.Az