ABŞ-ın kürdlərə göndərdiyi silahlar İŞİD-in əlinə keçib. Axar.az xəbər verir ki, ABŞ-ın İŞİD-lə savaşan kürdlərə paraşütlə göndərdiyi silahların bir qismi terrorçuların əlinə düşüb.İŞİD-in ələ keçirdiyi silahlar arasında əl bombaları, RPQ raket güllələri və qida vəsaitləri var.ABŞ Silahlı Qüvvələri kürdlərə havadan göndərdiyi silah ləvazimatlarının İŞİD tərəfinə düşdüyünü, ancaq terrorçuların əlinə düşməməsi üçün sila-sursatın məhv edildiyini açıqlamışdı. YPQ (Demokratik Birlik Partiyası) komandiri ABŞ-ın 27 paket silah yardımı göndərdiyini və 27-nin də özlərinə çatdığını bildirib. YPQ həmçinin qeyd edib ki, İŞİD tərəfinə düşən paketlərdən xəbərdar olmadığını deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !