ABŞ-ın yeni müdafiə naziri işə başladı

12:55 | 18.02.2015
ABŞ-ın yeni müdafiə naziri işə başladı

ABŞ-ın yeni müdafiə naziri işə başladı

ABŞ-ın yeni müdafiə naziri Eşton Karter (Ashton Carter) and içərək vəzifəsinə başlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Karter Ağ Evdə ABŞ prezidentinin köməkçisi Coe Baydenin qarşısında and içib.

Prezident Barak Obama keçən ilin dekabr ayında müdafiə naziri Cak Hegelin istefasını qəbul etmiş və onun yerinə Karteri namizəd olaraq göstərmişdi.

Karter andiçmədən sonra Müdafiə Nazirliyinin əməkdaşlarına belə bir mesaj verib: "Hazırda çox çətin dönəmdən keçirik. Sizləri təhlükəli vəziyyətlərə göndərərkən ən yaxşı refleks və maksimum diqqət nümayiş etdirəcəyimə, ən üstün qərarlar alacağıma and içirəm. Çünki bu mənim müdafiə naziri kimi ən böyük məsuliyyətimdir".
 
2013-cü illərdə nazir müavini vəzifəsini icra edən Karter, həm Hegel, həm də sələfi Leon Panetta ilə çalışıb. O, daha həm Obama, həm də keçmiş prezident Bill Klintonun dövründə Pentaqonda müxtəlif vəzifələrdə olub.

Karter Obamanın ABŞ-a rəhbərlik etdiyi müddətdə vəzifəyə gətirilən 4-cü müdafiə naziridir.
 
ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM