ABŞ-ın yeni müdafiə nazirinin təcili səfəri

17:00 | 21.02.2015
ABŞ-ın yeni müdafiə nazirinin təcili səfəri

ABŞ-ın yeni müdafiə nazirinin təcili səfəri

Eşton Karter Əfqanıstan prezidenti Əşrəf Qəni ilə müzakirələr aparacaq

Amerika Birləşmiş Ştatlarının yeni müdafiə naziri Eşton Karter Əfqanıstana səfər edib. Bu, Karterin Pentaqon rəhbəri postunda xarici ölkəyə səfəridir. Kabilə səfəri çərçivəsində Eşton Karter amerikalı hərbçilərlə görüşmək, eləcə də Əfqanıstan rəhbərliyi ilə danışıqlar aparmaq niyyətindədir.

Danışıqlar zamanı xarici hərbi kontingentin ölkədən çıxarılmasının Əfqanıstanın təhlükəsizlik üçün nə dərəcədə riskli ola biləcəyi müzakirə ediləcək. Pentaqon rəhbəri elə Əfqanıstana səfər etdiyi təyyarədə jurnalistlərə açıqlamasında bildirib ki, Əfqanıstan prezidenti Əşrəf Qəni ilə amerikalı qüvvələrin ölkədən çıxarılmasını müzakirə edəjək. Ə

Əfqanıstan və ABŞ arasında razılaşmaya əsasən, 2014-jü ildə NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra 10 min amerikalı hərbçi ölkədə qalıb. Onlar əfqan təhlükəsizlik qüvvələrinə təlim keçirlər.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM