Oktyabrın 26-da ABŞ mediasında Rusiyaya məxsus sualtı qayıqlar və kəşfiyyat gəmiləri haqda məlumat yayılıb. Novator.az bildirir ki, həmin məlumatlarda sözügedən qayıqların və gəmilərin okeanın dibində yerləşən, bütün dünyanı internetlə təmin edən kabellərin yaxınlığında fəallaşdığı vurğulanır.
Məlumatlara görə, ABŞ xüsusi xidmət orqanları bunu təhlükə kimi qəbul edir. ABŞ Rusiya Hərbi Dəniz Qüvvələrinin sualtı kabellərə qarşı aqressiv hərəkətlərə yol verəcəyindən narahatdır.
Hələlik belə cəhdlər olmasa da, ABŞ xüsusi xidmət orqanları mümkün aqressiyanı zərərsizləşdirmək üçün təhlükəsizlik tədbirlərini gücləndirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !