ABŞ neft hasilatı üzrə dünya lideri oldu

17:06 | 10.06.2015
ABŞ neft hasilatı üzrə dünya lideri oldu

ABŞ neft hasilatı üzrə dünya lideri oldu

2014-cü il neft inqilabı sayəsində ABŞ Səudiyyə Ərəbistanını neft hasilatı, Rusiyanı isə həm neft, həm də qaz hasilatında geridə qoyaraq dünyada ən iri neft istehsalçılarından biri oldu.

Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə BP-nin hazırladığı dünya energetikasının illik statistik icmalında bildirilib.

OPEK-ə üzv olan ölkələrdə neft çıxarılması sabit səviyyədədir, amma dünya hasilatında kartelin payı 41%-ə qədər enib, bu isə 2003-cü ildən ən aşağı səviyyədir.

Dünyada ən yüksək hasilat artımını ABŞ (+1,6 mln. b/s) göstərərək üç il ərzində hasilatı ən azı sutkada 1 milyon barel artırıb.  

2014-cü ildə rekord neft hasilatı göstəriciləri Kanada (+310 mni b/s) və Braziliyada da (230 min b/s) əldə edilib.

Bununla yanaşı, ABŞ neftin idxalını azaldaraq, Çinə bu xammalın netto-idxalçı mövqeyini verib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM