ABŞ neft hasilatı üzrə dünya liderliyini özünə qaytardı

17:00 | 11.06.2015
ABŞ neft hasilatı üzrə dünya liderliyini özünə qaytardı

ABŞ neft hasilatı üzrə dünya liderliyini özünə qaytardı

ABŞ 2014-cü ildə dünyanın ən böyük neft hasil edən ölkəsinə çevrilib.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın neft-qaz korporasiyası BP-nin illik tədqiqatlarına əsasən məlumat verilib.

Ötən il ABŞ-da neft hasilatı təqribən 16 faiz artaraq sutkada 11,6 milyon barel təşkil edib.

Amerikalılar siyahıda Səudiyyə Ərəbistanı (gündə 11,5 mln. barel) və Rusiyanı (10,8 mln. barel) qabaqlayıblar. Bu ölkələrdə neft hasilatı artımı müvafiq olaraq 0,9 və 0,6 faiz təşkil edib.

ABŞ hasilat həcminə görə 1975-ci ldən bu yana ilk dəfə olaraq siyahıda önə çıxıb. Bununla yanaşı BP öz hesablamalarında təkcə "konvension" və şist nefti üzrə deyil, həm də bitiumlu (neftli) qumlardan əldə edilən hasilat, həmçinin qazkondensat üzrə məlumatlardan istifadə edib.

Birləşmiş Ştatlar eyni zamanda dünyada əsas neft istehlakçısı mövqeyini də saxlayıb. Ötən il ölkədə tələbat sutkada 19 milyon barel təşkil edib ki, bu da ondan bir il əvvəlkinə nisbətdə bir qədər çoxdur.

Siyahıda ikinci və üçüncü yerləri Çin və Yaponiya tutub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM