ANN.Az AzNews.az-a istinadən xəbər verir ki, bu sözləri Venesuela prezidenti Nikolas Maduro deyib.
"Hazırda qlobal neft müharibəsi gedir. Məqsəd isə Rusiyanı məhv etməkdir. Bu müharibədə hədəf təkcə Moskva deyil, Venesuela da bu siyahıya salınıb. Bizim ölkəmiz bu müharibədə rəqiblə döyüşə hazırdır”, - deyə Maduro vurğulayıb.
Nikolas Maduro bir sıra Venesuela məmurlarına ABŞ vizasının verilməməsinə görə rəsmi Vaşinqtonu ittiham edib: "ABŞ rəhbərliyinin fikrincə, guya bizim məmurlar insan hüquqlarını pozub”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !