ABŞ Nümayəndələr Palatasının spikeri Baydeni istefaya çağırıb

23:25 | 21.07.2024
ABŞ Nümayəndələr Palatasının spikeri Baydeni istefaya çağırıb

ABŞ Nümayəndələr Palatasının spikeri Baydeni istefaya çağırıb


Cozef Bayden prezidentliyə namizəd olmağa uyğun deyilsə, o, dərhal istefa verməlidir.Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson "X" səhifəsindəki paylaşımda bildirib.

O, Baydeni namizədliyini geri çəkdiyini elan etdikdən sonra postunu tərk etməyə çağırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden prezidentlik yarışından geri çəkilib. O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib. Bundan sonra Bayden Demokratlar Partiyasından ABŞ lideri postuna namizəd kimi Kamala Harrisi dəstəkləyib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM