ABŞ ordusu İran sərhədində hərəkətə keçdi: Hərbi əməliyyatlar başladı

17:25 | 20.07.2019
ABŞ ordusu İran sərhədində hərəkətə keçdi: Hərbi əməliyyatlar başladı

ABŞ ordusu İran sərhədində hərəkətə keçdi: Hərbi əməliyyatlar başladı

ABŞ körfəzdə hərbi əməliyyatlara hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilir ki, Yaxın Şərqdə dəniz yollarını təhlükəsizlik şəraitdə saxlamaq məqsədilə "Sentinel” (Növbəçi) adlı hərbi əməliyyatlar keçirilir.

Komandanlıqdan verilən açıqlamada qeyd olunub ki, CENTCOM körfəz bölgəsində baş verən son hadisələrə görə gəmilərin sərbəstliyini təmin etmək üçün Yaxın Şərqdə açar bölgə olan dəniz yollarında nəzarət və etibarlılığı gücləndirmək məsqədilə "Sentinel” beynəlxalq dəniz əməliyyatları üzərində çalışır.

Əməliyyatın digər məqsədi dənizdə sabitliyin təşviq olunması, Bəsrə, Hörmüz və Oman körfəzləri, Bab-Əl-Məndəb boğazı boyunca beynəlxalq sularda təhlükəsiz keçidlərin təmin edilməsi və gərginliyin azaldılmasıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb