"The Daily Beast" saytı ABŞ ordusunda fahişə qalmalı ilə bağlı məlumat yayıb.
ANS PRESS-in məlumatına görə, ABŞ-da fəaliyyət göstərən saytın yazdığına görə, ABŞ ordusunda çavuş olan Gregori McQueen xidmətdə olan qadın əsgərləri yüksək rütbəli zabitlərə "satırmış".
Sayta danışan bir qadın 10-15 dəqiqə üçün 200 dollar aldığını etiraf etməklə yanaşı bu iyrənc əmələ məcbur olduğunu deyib. Yemək və uşaq bezi almaq üçün buna ehtiyacı olduğunu söyləyən qadın çavuş McQueenin qrup seks və seks partiyaları təşkil etdiyini sözlərinə əlavə edib.
Bundan sonra dərhal hərəkətə keçən hüquq-mühafizə oraqnları McQueenin mobil telefonlarına və kompüterlərini istintaq aparmaq məqsədi ilə götürüb. Çavuşun günahları subut olunsa onun 40 ilə qədər mühakimə olunması gözlənilir. Çavuş iddiaları rədd etsə də, şahid ifadələri və dəlillər onun əleyhinədir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !