ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, hadisə ötən ilin sonunda - dekabrın 30-da baş verib. Dünən ictimaiyyət arasında yayımlanan videodan görünür ki, polis məmurları Braheme Days ve Roger Worley iki qaradərili gəncin olduğu avtomobili yol hərəkət qaydalarını pozduğuna görə saxlayıblar. Sürücü Leroy Tutt-dan sürücülük vəsiqəsini tələb edən polislər avtomobildəkilərin "şübhəli hərəkətləri" səbəbilə aşağı düşməsini tələb edir. Sürücü aşağı enir, amma digər qaradərili Jerame Reid (36 yaş) əvvəl buna etiraz edir. Amma sonra əllərini yuxarı qaldıraraq maşından düşür.
Buna baxmayaraq, polis əməkdaşları Jerame Reidi güllələyirlər. Leroy Tutt isə şübhəli şəxs qismində həbs olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !