Gülnarə Kərimovanın barəsində axtarış elan edilib.
ABŞ Özbəkistan prezidenti Islam Kərimovun qızı Gülnarə Kərimovanın Avropada ümumi dəyəri 1 milyard dollar olan aktivlərinin həbsinə qərar verib.
ANS PRESS-in məlumatına görə, buna səbəb ona məxsus üç böyük telekommunikasiya şirkətində korrupsiya əlaqələrinin olmasıdır.
Hazırda bu işlə əlaqədar genişmiqyaslı araşdırmalar aparılır. Bu haqda istintaqın gedişindən məlumatlandırılmış mənbələrə və məhkəmə sənədlərinə istinadən "The Wall Street Journal” xəbər verib. Gülnarə Kərimova barədə axtarış elan edilib.
Gülnarə Kərimova
Özbəkistan baş prokurorluğu 2014-cü il sentyabrın 8-də prezident qızı Gülnarə Kərimova haqda cinayət işinin başlandığını və onun axtarışa verildiyini bildirib. Özbəkistan Baş prokrorluğu fırıldaqçıların dövlətə 457 milyard som (təxminən 190 milyon dollar) zərər vurduğunu qeyd edib.
"Aparıcı Skandinaviya və Rusiya mobil rabitə şirkətlərinin Gülnarə Kərimovaya rüşvət verməyə məcbur edilməsi barədə çoxdan danışılır. Bizim əlimizdə olan sənədlər Gülnarə Kərimovanın düşündüyümüzdən də acgöz olduğunu təsdiqləyir. Onun yaratdğı korrupsiya sxeminin kökləri daha dərinə işləyib” - deyə ekspert Miranda Patruçiç bildirir.
G.Kərimovanın bank hesablarına yüz milyonlarla dollar məbləğində şübhəli maliyyə vəsaiti daxil olub. Məqsəd Özbəkistanda 3G sisteminin maneəsiz fəaliyyətinə, həmçinin WiMAX и WiFi şəbəkələrinin yaradılmasına razılıq verilməsinə nail olmaq olub.
Özbəkistan prezidenti İslam Kərimova
"Gülnarə Kərimova dövlət qurumlarının köməyindən istifadə etməklə ona tabe olmayan şirkətləri bağlatdıracağı ilə hədələyirdi. Gülnarə bütün şirkətlərdən birmənalı şəkildə "haqq” tələb edirdi. Onun gəlirlə işləyən telekommunikasiya şirkətlərindən aldığı rüşvət adətən azı 26 faiz idi” - deyə ekspert qeyd edir.
Hazırda İsveçrədə "Takiland Ltd.” şirkətinin 800 milyon dollar vəsaitinə qadağa qoyulub. Bu hesab dondurulub. Həmin şirkətin G.Kərimovaya məxsus olduğu bildirilir. Daha 30 milyon dollara isə İsveçdə qadağa qoyulub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !