ABŞ Qarabağda müharibəni hazırlayır - Rusiyadan sensasion xəbərdarlıq

13:24 | 22.01.2019
ABŞ Qarabağda müharibəni hazırlayır - Rusiyadan sensasion xəbərdarlıq

ABŞ Qarabağda müharibəni hazırlayır - Rusiyadan sensasion xəbərdarlıq

ABŞ prezidenti Donald Tramp baş nazir təyin edilməsi münasibətilə Nikol Paşinyana ünvanladığı təbrik məktubunda Ermənistandakı siyasi dəyişikliyi salamladığını, həmçinin, tezliklə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunacağına ümid etdiyini bildirdi.

Rusiya KİV-i Trampın məktubunda deyilən sözlərin əslində Rusiyanı Cənubi Qafqazdan çıxarmaq məqsədinin olduğunu iddia edirlər.

ABŞ Ermənistanı Rusiyadan uzaqlaşdırmaq və Qarabağda müharibəni başlatmaq istəyir. Rusiya bir neçə media orqanı bu tezislə çıxış edir. Rusiya KİV-i ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) "kölgəsi” hesab olunan kəşfiyyat-analitik mərkəzinin proqnozunu xatırladır.

2018-ci ilin dekabrında "Stratfor” proqnozlaşdırırdı ki, ABŞ 2019-cu ildə Rusiya sərhədlərində sabitliyi pozacaq.

Zərbə üç istiqamətdən endirilə bilər:

Ukrayna: burada Kiyevə hərbi dəstək artırıla və Qara adənizdə hərbi bazalar yaradıla bilər.

Mərkəzi Asiya: Əfqanıstandan postsovet ölkələrinə terrorçular göndərilə bilər.

Və nəhayət, Cənubi Qafqaz.

"Stratfor” ABŞ-ın Ermənistanı Rusiyanın əlindən almaq planları haqqında yazır.

Rusiyalı analitiklər hesab edirlər ki, ABŞ Qarabağda müharibəni yeniləməklə bağlı planlarını hələ ki gizli saxlayır.

Yaxın Şərq və Cənubi Qafqaz üzrə mütəxəssis Denis Korodinov hesab edir ki, Qarabağda müharibə təkcə Rusiyanın cənub sərhədlərində xaos yaratmayacaq, həmçinin, regionda ikitərəfli münasibətləri də korlayacaq./publika.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb