ABŞ Qarabağı Azərbaycana qaytarır

12:59 | 01.09.2017
ABŞ Qarabağı Azərbaycana qaytarır

ABŞ Qarabağı Azərbaycana qaytarır

Azərbaycan danışıqlara başlamaq üçün Hoqland prinsiplərinin qəbulunu vacib sayır

"Riçard Hoqlandın bəyanatı yeni deyil, onlara ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə birgə bəyanatlarında dəfələrlə istinad ediblər”. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Hesab edirik ki, üç ölkəyə məxsus olan komanda ruhu saxlanılacaq”, - Zaxarova qeyd edib.

O, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə məlumatının olmadığını da vurğulayıb.

Erməni jurnalistin Dağlıq Qarabağın danışıqlar prosesinə tərəf kimi qoşulmasının mümkünlüyü ilə bağlı sualına isə Rusiya XİN sözçüsü cavab verib ki, bu məsələ barədə Moskvanın ənənəvi mövqeyi var.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, eyni zamanda ABŞ-ın Ermənistandakı səfiri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini "Amerikanın səsi”nin erməni xidmətində dərc edib.

Sənəddə işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından danışılır.

Sənəddə bildirilir ki, Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər onun statusunu qarşılıqlı anlaşma və nəticələri hər iki tərəf üçün hüquqi qüvvə daşıyan referendum yolu ilə müəyyən etməlidir. Təklif edilir ki, rəsmi Bakının nəzərət etmədiyi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə müvəqqəti status verilməlidir.

Ancaq sənədə əsasən, Dağlıq Qarabağın ətrafındakı ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Qeyd olunur ki, bu ərazilərdə Azərbaycanın müstəqilliyi nəzərə alınmadan məskunlaşdırıla bilməz.

"Bu ərazilər üzərində Azərbaycanın müstəqilliyi bərpa edilməlidir”, - amerikalı diplomat qeyd edib.

Sənədə əsasən, Dağlıq Qarabağı Ermənistanı bağlayan dəhliz olmalıdır. Dəhliz təhlükəsiz hərəkət üçün kifayət qədər geniş olmalıdır. Amma dəhliz tamamilə bütün Laçın rayonunu tuta bilməz. Riçard Hoqland bildirir ki, uzunmüddətli nizamla bütün məcburi köçkün və qaçqınların öz yaşayış yerlərinə geri qayıtması hüququ tanınmalıdır.

Amerikalı diplomata görə, nizamlanma prosesi özündə beynəlxalq təhlükəsizlik təminatını da əks etdirməlidir. Buraya sülhməramlı missiyanın yeridilməsi də daxildir.

"Çünki sülhün yaxşı hazırlaşdırılmış və hər iki tərəfin etimadını qazanmış sülhməramlı missiyasız təmin edilməsinin ssenarisi mövcud deyil”, - sənəddə deyilir.

Erməni mətbuatının diqqət mərkəzində olan əsas məsələ - Ermənistan prezidenti Serj Sarkisyan və Rusiya prezidenti Vladimir Putinin Soçi görüşü olaraq qalır. Bu görüşün ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Riçard Hoqlandın məlum bəyanatı ilə üst-üstə düşür.

Politoloq Fikrət Sadıxov əmin edir ki, rəsmi Vaşinqton Qarabağ münaqişəsi ilə bağlı yeni siyasi prioritetlər müəyyəbn edir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da deyib ki, əgər Ermənistan Hoqlandın qeyd etdiyi prinsipləri qəbul etsə, bu yenilik deyil, bu sadəcə danışıqlar masasına qayıtmaq üçün vasitədir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM