ABŞ qoşunları Əfqanıstandan çıxarılmayacaq

13:35 | 16.10.2015
ABŞ qoşunları Əfqanıstandan çıxarılmayacaq

ABŞ qoşunları Əfqanıstandan çıxarılmayacaq

Prezident Barack Obama Əfqanıstandakı ABŞ qoşunlarının 2016-cı ildən sonra da bu ölkədə saxlanması qərarını təsdiqləyib.

Ağ Evdə çıxış edən prezident bildirib ki, o, 2017-ci ildə vəzifəsini tərk edəndə, ABŞ-ın Əfqanıstanda 5 min 500 hərbçisi saxlanacaq.

Obama: Bir ali baş komandan kimi mən yol verə bilmərəm ki, terrorçular ölkəmizə bir daha basqın etmək üçün Əfqanıstandan istehkam kimi istifadə etsinlər
Bundan əvvəlki qərara görə yalnız səfirlikdə yerləşəcək kiçik bir hərbi kontingentin saxlanması nəzərdə tutulmuşdu.

ABŞ hərbiyyəsi bu fikirdədir ki, Əfqanıstanda Taliban təhlükəsinin artması əfqan qüvvələrinə bundan sonra da dəstək verilməsini tələb edir.

Hazırda Əfqanıstanda ABŞ-ın 9 min 800 nəfərlik əsgəri qüvvəsi var.

Bu da xəbər verilir ki, ABŞ qüvvələri Kabul, Baqram, Cəlalabad və Qəndahar şəhərləri baza olmaqla dörd məntəqədə yerləşdiriləcək.

Prezident Obama etiraf edib ki, hazırda Əfqanıstanın hökumət qüvvələri arzu edilən qüdrətdə deyil.

O deyib ki, ötən dekabrda NATO-nun döyüş əməliyyatlarının dayandırılması çox sayda əfqan əsgəri və mülkisinin öldürülməsi ilə nəticələnib.

"Bir ali baş komandan kimi…”

"Bir ali baş komandan kimi mən yol verə bilmərəm ki, terrorçular ölkəmizə bir daha basqın etmək üçün Əfqanıstandan istehkam kimi istifadə etsinlər” – deyib Obama.

Obama: Bir ali baş komandan kimi mən yol verə bilmərəm ki, terrorçular ölkəmizə bir daha basqın etmək üçün Əfqanıstandan istehkam kimi istifadə etsinlər
O Talibana xəbərdarlıq edib ki, ABŞ qoşunlarının Əfqanıstanı tam tərk etməsi üçün onların əfqan hökuməti ilə davamlı razılaşmaya gəlmələri əsas şərtdir.

Son zamanlar Taliban qüvvələrinin ciddi gücləndiyi və hücum əməliyyatlarını artırdığı müşahidə edilirdi.

Təhlilçilər deyirlər ki, şimaldakı Kunduz şəhərinin Taliban tərəfindən qısa müddətə olsa da zəbt edilməsi, Vaşinqtonun bu ölkə barədə qəti qərara gəlməsinə təkan verib. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM