ABŞ: Respublikaçılar debatında miqrantlar söhbəti

21:27 | 11.11.2015
ABŞ: Respublikaçılar debatında miqrantlar söhbəti

ABŞ: Respublikaçılar debatında miqrantlar söhbəti

Respublikaçı Donald Trumpin 11 milyon sənədsiz miqrantı ABŞ-dan deportasiya etmək planını rəqibləri "qəddarlıq" adlandırıb.

TV debatında siyasətçinin partiyasından təmsil olunan rəqibləri - John Kasich və Jeb Bush bu planı "qeyri-təcrübi və separatçı" kimi təqdim ediblər.

Milyardçı Trump səsvermələrə başçılıq edir.

Fox-Business kanalının keçirdiyi debatın başqa mövzuları xarici siyasət, minimum əmək haqqının qaldırılması olub.

Səkkiz namizədin ABŞ-ın Orta Şərqə daha çox müdaxiləsi, xüsusən də İslam Dövləti qruplaşmasına qarşı döyüşməsi ətrafında fikirləri uzlaşmayıb.

Lakin cənab Trumpin ABŞ-Meksika sərhəddinə divar çəkilməsi, eləcə bütün sənədsiz miqrantların geriyə qaytarılması kimi fikirləri böyük müzakirə yaradıb.

Ohio ştatının meri cənab Kasich bunu "mənasız" adlandırıb.

"Yaxşı da, dostlar, bilirik ki, onları bir yerə yığıb geri göndərmək mümkün deyil. Bu səfeh arqumentdir", o deyib.

Florida ştatının keçmiş meri cənab Bush isə bildirib ki, bu siyasət ailələri ayıracaq və Demokratlardan olan rəqib Hillary Clintona bəhanə verəcək.

Respublikaçılar və Demokratlar partiyaları fevraldan bəri prezident seçkilərinə namizədlərini seçir.

Bütün əhali noyabr ayında yeni prezidenti seçmək üçün səsverməyə gedəcək. //bbc.com/azeri
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM