ABŞ Rusiya ilə ticarət-investisiya əlaqələrini dayandırdı

10:43 | 04.03.2014
ABŞ Rusiya ilə ticarət-investisiya əlaqələrini dayandırdı

ABŞ Rusiya ilə ticarət-investisiya əlaqələrini dayandırdı

 ABŞ hökuməti Ukraynaya hərbi təcavüz edən Rusiya ilə ticarət-investisiya danışıqlarını və hərbi əməkdaşlığı dayandırmaq barədə qərar qəbul edib.APA-nın “Russian Today” nəşrinə istinadən verdiyi məlumata görə, ticarət və investisiyalar sahəsində əməkdaşlığın kəsildiyini ABŞ-ın ticarət nümayəndəsinin idarəsindən bəyan ediblər. “Biz Rusiya ilə ikitərəfli ticarət və investisiya əməkdaşlığını dayandırdıq”, - deyə idarənin bəyanatında bildirilir.    Bundan başqa, ABŞ Müdafiə Nazirliyi – Pentaqon da Rusiya ilə hərbi əməkdaşlığı dayandırdığını açıqlayıb. Pentaqonun mətbuat katibi, kontr-admiral Con Kirbi ABŞ-Rusiya hərbi əməkdaşlığının dayandırıldığını elan edib. O, birgə təlimlər və qarşılıqlı səfərlərin bundan sonra gerçəkləşməyəcəyini, hərbi sahədə Rusiya ilə ikitərəfli danışıqların və planlaşdırılan konfransların baş tutmayacağını deyib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM