Rusiya Şimali Koreyaya silah müqabilində ərzaq göndərəcək

13:08 | 31.03.2023
Rusiya Şimali Koreyaya silah müqabilində ərzaq göndərəcək

Rusiya Şimali Koreyaya silah müqabilində ərzaq göndərəcək

ABŞ Rusiyanın silah müqabilində Şimali Koreyaya ərzaq göndərəcəyini bildirib. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurası məlumat yayıb. 
 
Bildirilir ki, Rusiya Ukraynadakı müharibədə istifadə üçün silah və sursat müqabilində Şimali Koreyaya ərzaq təklif edib.
 
Rusiya 13 aydır davam edən müharibəni davam etdirmək üçün bir sıra ölkələrə müraciət edib.
 
Ağ Evin Milli Təhlükəsizlik Şurasının üzvü Con Kirbi məlumatına görə, bu təklif olunan razılaşmanın bir hissəsi olaraq Rusiya Pxenyandan 20 növdən çox silah və sursat alacaq. 
 
Ekspertlərin fikrincə, Şimali Koreyada ərzaq vəziyyəti Kim Çen Inın 11 illik hakimiyyəti dövründə ən pis vəziyyətdədir.
 
Şimali Koreya mediasının məlumatına görə, Kim Çen Inın kənd təsərrüfatı üzərində dövlət nəzarətini gücləndirəcəyini və taxıl istehsalının artırılması üçün bir sıra digər addımlar atacağını vurğulayıb
 
 Zinyət Mehtiyeva

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb