​ABŞ Rusiyanı təzyiqləri gücləndirəcəyi ilə hədələdi

15:10 | 18.07.2015
​ABŞ Rusiyanı təzyiqləri gücləndirəcəyi ilə hədələdi

​ABŞ Rusiyanı təzyiqləri gücləndirəcəyi ilə hədələdi

Donbassda vəziyyət gərginləşəcəyi təqdirdə ABŞ Rusiya və qondarma Donetsk və Luqansk respublikalarına qarşı təzyiqi artırmağa hazırdır.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bəyan edib.

"Biz aydın şəkildə işarə etdik ki, Minsk razılaşmaları tam olaraq yerinə yetirilməyincə, sanksiyalar qüvvədə qalacaq. Lakin eyni zamanda bildirdik ki, zorakılıq artacağı təqdirdə, biz Rusiyaya qarşı təzyiqləri gücləndirməyə hazırıq", - deyə Nuland Ukrayna televiziyasının "Şuster Live" proqramına müsahibəsində bildirib.
O xatırladıb ki, Birləşmiş Ştatlar Ukraynaya hərbi yardım göstərir.

"Bu günə qədər ABŞ hərbi yardımın göstərilməsi və hərbçilərin hazırlanması çərçivəsində təqribən 150 milyon dollar yardım edib. Biz ümid edirik ki, tərəfimizdən göstərilən təzyiq və artan potensial Rusiyanı və onun Donetsk və Luqanskda idarə etdiyi qüvvələri üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə məcbur edəcək", - deyə o bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM