ABŞ Rusiyaya əlavə sanksiyalar qoyur

18:59 | 31.07.2015
ABŞ Rusiyaya əlavə sanksiyalar qoyur

ABŞ Rusiyaya əlavə sanksiyalar qoyur


Birləşmiş Ştatlar Rusiya və Ukrayna ilə bağlı əlavə sanksiyalar qoyub. Bu sanksiyalar Krım liman operatorlarına, Ukraynanın keçmiş məmurlarına, keçmiş Rusiya qaz ticarətçisinə aiddir.

ABŞ Maliyyə Nazirliyi iyulun 30-da bildirib ki, iyulun 30-da 26 fərd və müəssisənin adı qara siyahıya salınıb və ABŞ-ın yurisdiksiyasında olan sərvətləri dondurulub. Qara siyahıda olanlarla amerikalıların biznes qurması da qadağan olunur. Rəsmilər deyir ki, məqsəd mövcud sanksiyaların effektini saxlamaqdır.

8 müəssisə və fərdin adı rusiyalı maqnat Gennady Timchenko-ya dəstək göstərdiyinə görə siyahıya salınıb. Tanınmış qaz ticarətçisinə əvvəl də, Rusiya Krımı qanunsuz ilhaq edəndən sonra sanksiya qoyulmuşdu. Rusiyalı biznesmen, prezident Vladimir Putin-in yaxın dostu Boris Rotenberg, eləcə də onun oğlu Roman Rotenberg-ə dəstək göstərən iki müəssisənin adı da siyahıyadadır. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM